Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Xarici İşlər Nazirləri Şurasının Almatıdakı iclasında iştirak etməyəcək.
Yənicag.az xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
2024-cü il iyunun 21-də Almatıda Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtuleunun sədrliyi ilə KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasda beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.
İclasın yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı və bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir./Azertag/