Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək təlimlərində təmsil olunmayacaq.
Yenicag.az erməni mətbuatına istinadən xəbər verir ki, bu tarixlərdə Qırğızıstan ərazisində KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024”, “Axtarış 2024”, həmçinin “Eşelon-2024 manevrləri keçiriləcək.
Qeyd edək ki, Ermənistan bundan əvvəl də KTMT-nin 14-16 avqust tarixlərində keçiriləcək təlimlərində iştirakdan imtina edib.