Ermənistan KTMT təlimlərində iştirak etməyəcək

Ermənistan KTMT təlimlərini keçirməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müdafiə naziri artıq KTMT-nin birgə qərargahına məlumat verib ki, Ermənistan hazırkı vəziyyətdə təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmir: “Hər halda, təlimlər bu il baş tutmayacaq”.

Bundan əvvəl KTMT-nin “Sarsılmaz qardaşlıq – 2023” təlimlərini Ermənistan Respublikası ərazisində keçirmək niyyəti barədə məlumat verilmişdi./Yenisabah.az/