!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan məsələni başqa müstəviyə çəkərək Azərbaycanı..." - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan terrorçuların silahsızlaşdırılmasını tələb etdikcə onlar hərbi postların sayını artırır, müxtəlif təxribatlara əl atırlar. Buna görə də antiterror əməliyyatı vacibdir və olmalıdır”.

Bu fikirləri ABŞ kəşfiyyatının Azərbaycanın anti-error əməliyyatlarına başlayacağı ilə bağlı məlumatına münasibət bildirən hərbi ekspert Telman Qasımlı Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın tək istəyi sülh və ərazi bütövlüyünün tanınmasıdır:

“ABŞ nə deyər, özü bilər, lakin Azərbaycanın başqa məqsədi yoxdur, tək istəyi sülh və ərazi bütövlüyünün tanınmasıdır.

Təzyiqlər olsa da, antiterror əməliyyatı Azərbaycanın haqqıdır. Bu məsələ 44 günlük müharibədən sonra gündəmə gəldi. Çünki Qarabağda yerləşən qanunsuz silahlı birləşmələr hələ də təslim olmayıb.

Tək məqsəd silahlı terrorçuları zərərsizləşdirməkdir. Ermənistan məsələni başqa müstəviyə çəkərək Azərbaycanı soyqırımı törətməkdə ittiham edir. İyirmi birinci əsrdə bu nə tərz ittihamdır?

Azərbaycan terrorçuların silahsızlaşdırılmasını tələb etdikcə onlar hərbi postların sayını artırır, müxtəlif təxribatlara əl atırlar. Antiterror əməliyyatı vacibdir və olmalıdır. Bu, Azərbaycanın tam hüququdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv