Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Kyaramyan vəzifəsindən azad olunub.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı Ermənistan prezidenti fərman imzalayıb.

Qeyd edək ki, A. Kyaramyan dörd ay əvvəl bu posta təyin olunub.