Ermənistan mindən çox hərbçi ilə təlimlərə başlayacaq

Ermənistanda sentyabrın 15-dən dekabrın 15-dək ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, təlimlərə 1047-dək hərbçi cəlb olunacaq. Təlimlərin məqsədi qoşunların daha hazırlıqlı və zəruri ehtiyatda olan hərbi qulluqçularla hərbi mühasibatlıq peşəsinə malik olmasıdır.