Ermənistan MN rəsmisi 500 min dollar təzminat ödəyəcək

Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə keçmiş müavini Alik Mirzabekyan dövlətə dəymiş 500 min dollar məbləğində ziyanı ödəyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Razılığa əsasən, bu məbləğ qeyri-qanuni yolla əldə olunan əmlakın hesabına kompensasiya ediləcək. vakansiya

Mirzabekyan MN-də 2007-2016-cı illərdə vəzifə tutub.