Ermənistan müdafiə naziri istefa verdi

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Viqen Sarkisyan vəzifəsindən istefa verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiə naziri vəzifələrinin icraçısı bunu ölkənin silahlı qüvvələrinin şəxsi heyəti, veteranlar və ictimaiyyətə müraciətində deyib:

“Siyasi hadisələr səbəbindən sizinlə ordu rəhbəri statusunda vaxtından əvvəl vidalaşmağın vaxtı çatıb. Belə daha düzgündür. Nazir rəsmi siyasi şəxsdir və onun işi yalnız həmfikir komandanın tərkibində səmərəli olar”.