Ermənistan Müdafiə Nazirliyi: Qarabağla bağlı üçtərəfli razılaşmanın tələblərinə əməl ediləcək

Ermənistanın Müdafiə Nazirliyi Ermənistan baş naziri, Rusiya və Azərbaycan Prezidentləri tərəfindən imzalanmış üçtərəfli razılaşmanın tələblərinə əməl etmək niyyətində olduğunu açıqlayıb.

Yenicag.az erməni KİV-inə istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir: “Ermənistan silahlı qüvvələri atəşkəs razılaşmasının öz üzərlərinə düşən bəndlərini həyata keçirəcəklər”.