Ermənistan Müdafiə Nazirliyində HƏBSLƏR – Beş nəfər saxlanıldı

Ermənistan Müdafiə Nazirliyinin 5 əməkdaşı həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Sledkom-un mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Ermənistanda 5 nəfər, o cümlədən Müdafiə Nazirliyinin keçmiş işçiləri vəzifə səlahiyyətlərindən istifadə edərək dələduzluq və təxminən 270 min dollar oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

Təqsirləndirilənlər arasında Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Gevorq Altunyan, həmçinin Dasaran.am portalının təsisçisi Suren Aloyan da var.

Xuraman Etibarlı