Ermənistanda müxalifət baş nazir Nikol Paşinyanın istefa tələbinə cavab verməməsindən sonra parlamentdə onun impiçmenti proseduruna başlayır.
Yenicag.az xəbər verir ki, bu barədə “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda Respublika Meydanında keçirilən mitinqdə bildirib.
“Biz parlamentdə impiçment proseduruna başlayırıq, bu barədə hər üç parlament fraksiyası ilə məsləhətləşmələr aparacağıq”, – o qeyd edib. B.Qalstanyan əlavə edib ki, paralel olaraq vətəndaş itaətsizliyi aksiyaları keçiriləcək./Report/