Ermənistan müxalifəti Paşinyanın “istefa verməli olduğu” tarixi açıqladı

Ermənistanın müxalifət liderləri oktyabrın 5-I ölkənin hazırkı baş naziri Nikol Paşinyanın istefaya göndərilməli olduğu gün kimi elan ediblər.

Yenicag.az xəbər verir ki, etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyanın sözlərinə görə, bütün qüvvələr birləşməlidir ki, oktyabrın 5-də Nikol Paşinyan istefaya göndərilsin.

“Heç kim bilmir ki, o, Ermənistan üçün ölümcül olan hansı sənədləri yenidən imzalamağa hazırdır. Biz buna imkan verməməliyik”, – Tevanyan bildirib.