!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan müzakirələr üçün keçirilən görüşləri turist gəzintisinə çevirməklə...” – ŞƏRH

!Reklam – Yazi

“İrəvan bütün imkanları ilə prosesi əyləcləməyə, müxtəlif səviyyələrdə baş tutan danışıqların nəticəsiz bitməsinə çalışır”.

Bu fikirləri Ermənistan parlamentinin sədri Alen Simonyanın nizamlama prosesi çərçivəsində Azərbaycanla aparılan danışıqların tək Brüsseldə deyil, başqa şəhərlərdə də təşkil olunmasının vacibliyi haqda fikirlərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan rəsmilərinin bu kimi təklifləri və başqa destruktiv davranışları danışıqlar prosesinin uzadılmasına hesablanıb:

“Birbaşa deyə bilərik ki, Ermənistanın danışıqların müxtəlif paytaxtlarda keçirilməsi təşəbbüsü müzakirələrin uzadılmasına və sülh sazişinin imzalanmasından yayınmağa hədəflənmiş mövqedir. Əslində, bu, İrəvanın 44 günlük müharibədən sonra sərgilədiyi davranışlar fonunda gözlənilməz gediş kimi də dəyərləndirilməməlidir.

Ümumiyyətlə bu təklifi şərtləndirən mühüm amillərdən biri də Ermənistanın müstəqil qərar vermək səlahiyyətinə malik olmamasıdır. Ona görə də bütün imkanları ilə prosesi əyləcləməyə, müxtəlif səviyyələrdə baş tutan danışıqların nəticəsiz bitməsinə çalışır. İndi də belə təklif irəli sürərək, müzakirələr üçün keçirilən görüşləri turist gəzintisinə çevirməklə, öz niyyətini göstərir.

Digər tərəfdən, Ermənistan prosesi uzatmaqla yanaşı, həm də saxtakarlığa əl atmağı da özü üçün məqbul yol sayır. Xatırlayırsınızsa, Ermənistanın xarici işlər naziri Azərbaycan prezidentinin köməkçisi ilə Vaşinqtonda baş tutan görüşündən sonra guya sülh müqaviləsinin mətnini ona təqdim etdiyini açıqlamışdı. Ancaq reallıqda belə bir sənəd təqdim olunmamışdı. İrəvan həm də onu unudur ki, sülh müqaviləsi Azərbaycanın şərtləri əsasında hazırlanmalıdır və o sənədi ortaya qoymaq səlahiyyəti Bakıya məxsusdur.

Ermənistan həm də Türkiyə ilə normallaşma prosesindədə belə davranışlara yol verir. Türkiyə Ermənistanla danışıqların birbaşa Ankara və İrəvanda keçirilməsini təklif etsə də, qarşı tərəf bundan boyun qaçırır, o müstəvidə də prosesi uzatmağa cəhd göstərir. Ancaq bütün bu cəhdlərinə baxmayaraq, Ermənistanın prosesi uzatmaq planı belə davam edə bilməz. İrəvan bunu nəzərə almalı və bu kimi davranışlardan imtina etməlidir”.

A.Zeynalov

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv