!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan növbəti müharibəyə hazırlaşır və onun bütün fəaliyyəti bu istiqamətdə qurulub” – Millət vəkili

!Reklam – Yazi

“Azərbaycan bütün təxribatların qarşısını qətiyyətlə alacaq və bu cəhdlərdən ən çox itirən yenə də Ermənistan olacaq”.

Bu fikirləri Ermənistanın son sərhəd təxribatının doğuracağı mümkün nəticələr haqda danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan əl atdığı bu təxribatla gerçək niyyətini bir daha ortaya qoydu:

“Son hadisələr onu göstərir ki, Ermənistan sülh yox, müharibə barəsində düşünür. Əslində, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-də keçirdikləri son görüşlərinin, eyni zamanda bundan əvvəl aparılan müzakirələrin əsas məqsədi bölgədə dayanıqlı sülhün bərqərar edilməsidir. Cənab prezidentin də müsahibələrində davamlı olaraq bu istiqamətdə mesajlar verdiyini görürük.

Amma bu gün Kəlbəcərdə baş verən son təxribatlar da onu göstərir ki, Ermənistan sülh istəmir. Bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü, həmçinin Rusiyanın vasitəçiliyi ilə iki ölkə rəsmilərinin görüşləri planlaşdırılırdı. Amma Ermənistan əl atdığı bu təxribatla gerçək niyyətini bir daha ortaya qoydu.

Qeyd olunduğu kimi, Ermənistan növbəti müharibəyə hazırlaşır və onun bütün fəaliyyəti də bu istiqamətdə qurulub. Lakin Ermənistan bilməlidir ki, bu cəhdləri onu daha ağır vəziyyətə salacaq. Ermənistan bu gün dünya ictimaiyyətini nə qədər aldatmağa çalışsa da, reallıq ondan ibarətdir ki, İrəvan sülh istəmir və imitasiya ilə məşğuldur. Bu isə bölgədə sülhün yaranmasına və təhlükəsizliyin təmin edilməsinə çox mənfi təsir göstərir. İrəvan artıq anlamalıdır ki, Azərbaycan onun bütün təxribatlarının qarşısını qətiyyətlə alacaq və bu cəhdlərdən ən çox itirən yenə də Ermənistan olacaq”.

Sadiq

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv