!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan o qədər vacib ölkə deyil ki, ABŞ ona görə..." - REAKSİYA

!Reklam – Yazi

“Ermənistan Rusiyanın bölgədəki çömçəsi idi, indi də çox can atırlar ki, ABŞ-nin çömçəsi olsunlar”.

Bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana verdiyi dəstəyi şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Zərdüşt Əlizadə bildirib ki, ermənilər ABŞ-ın çömçəsi olmaqdan xoşbət görünürlər:

“ABŞ-nin Ermənistanı Rusiyadan ayırmaq və özünə yaxınlaşdırmaq istəyi çoxdan bəllidir. ABŞ Ermənistanı, İsraili və yaratmaq istədiyi Kürdüstanı Yaxın Şərq siyasətinin sütunlarından biri hesab edir. Ermənistan da çox böyük həvəslə alət olmağa can atır. Ermənistan Rusiyanın bölgədəki çömçəsi idi, indi də çox can atırlar ki, ABŞ-nin çömçəsi olsunlar.

Erməni siyasətşünaslarının, ekspertlərinin müsahibələrinə baxanda görürük ki, onlar Rusiyadan qopduqlarını sevinclə təqdim edirlər. Bu onlar üçün həyatlarının ən gözəl amalıdır. ABŞ-nin aləti olmaq o deməkdir ki, daha çox maddi yardım alacaqlar. Onlar elə düşünürlər ki, ABŞ onların Qarabağı Azərbaycandan qoparmaq istəyinə dəstək verəcək. Bunlar hamısı xəyaldır. Ermənistan ABŞ-nin aləti ola bilər, daha çox maddi yardım ala bilər, ancaq Qarabağ məsələsində ABŞ çətin onlara dəstək olsun. İnanmıram, Ermənistan o qədər vacib ölkə olsun ki, ABŞ ona görə bir çox ölkə ilə münasibətlərini korlasın”.

Səxavət Məmməd

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv