Ermənistan Ordubada raket zərbəsi endirdi – RƏSMİ / FOTO

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. 

Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib”, – deyə, qeyd edilib.