Ermənistan ordusu Qarabağda itki verdi

Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun daha bir əsgəri ölüb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, aprel 24-də saat 17:50 radələrində 1997-ci il təvvəllüdlü Narek Hmayak Harutyunyanın meyiti aşkar edilib.

Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.

Yeniçağ.az