!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan ordusunda “epidemiya”: Əsgərlərin zorlanması adiləşib

!Reklam – Yazi

İşğalçı ölkənin ordusunda əsgərlərin zabitlər və xidmət yoldaşları tərəfindən zorlanması halları artıb.

Yenicag.ru xəbər verir ki, Ermənistan mediası ordu daxilində zorlanma hallarının artması ilə bağlı “həyəcan təbili” vurur.

Məlumata görə, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın Ağdərə rayonunda yerləşdirdiyi hərbi hissədə xidmət edən əsgər öz zabiti tərəfindən zorlanıb.

Bu barədə açıqlama verən zorlanmış əsgərin anası bunları deyib:

“Oğlum bu il yanvarın 15-də hərbi xidmətə çağırılıb. Ayın 18-də  Mardakertə (Ağdərə – red.) gətirilib və həmin gün ilk dəfə bizimlə əlaqə saxladı. Daha sonra zəng edib karantində olduqlarını söylədi və dedi ki, onu xilas edim”. Əsgər sonrakı günlərdə də dəfələrlə zəng edərək, anasını köməyə çağırıb.

Ana bildirib ki, oğlu ilə bir də andiçmə günü görüşüblər:

“O, tamamilə sarsılmışdı. Nə olduğunu soruşsam da, cavab vermirdi, ancaq kömək istəyirdi. İki gün sonra etiraf etdi ki, zabit onu adyala bağlayaraq möhkəm döyüb, 4-5 gün sonra isə zorlayıb.

Bu hal neçə dəfə təkrarlanıb. Oğlumu hərbi hissənin komandirinin yanına apardım. Onları tək buraxıb otaqdan çıxdım, oğlumun danışdıqlarını dinləyə bilmirdim”.

Daha sonra bu faktla bağlı cinayət işi açılsa da, absurd durum davam edib. Zorlanmış əsgər hərbi polisdə saxlanılsa da, onu zorlayan kapitan rütbəli zabit azadlıqda öz xidmətini davam etdirir.

www.yenicag.az

1970
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv