Ermənistanda hərbçilər arasında koronavirusa yoluxma halları artıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib.
O, bildirib ki, Ermənistanda hərbi çağırışın başlamasından, yəni iyulun 1-dən bəri təxminən 30 hərbi çağırışçıya yeni növ koronavirus diaqnozu qoyulub.