Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənistan ordusunda koronavirusa yoluxma halları sürətli şəkildə artır”

Reklam: Sinerji Pro

Xəbər verdiyimiz kimi, Ermənistan ordusunun şəxsi heyətində sürətli şəkildə koronavirusa yoluxma halları artmaqdadır. Orduda acınacaqlı durum, əsgərlərin koronavirusa yoluxmasının geniş yayılması ölkədə ciddi narahatlıq yaradıb.

Ermənistandakı vəziyyəti şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu hal Ermənistan orudusunun zəifləməsinə təsir edəcək.

“Ermənistan ordusunun bir çox problemləri var. Onların içərisində ordunun az maliyyəşməsi, müasir silahların olmaması, eyni zamanda, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərin olması kimi kifayət qədər səbəblər var. Ermənistan orudusunda koronavirusa yoluxma hallarının sürətlə yayılmasının da orudunun zəifləməsinə müəyyən təsirləri var. Hər milyon nəfərə düşən xəstə sayına görə Ermənistan ön sıralardadır. Orduya gəlincə, ordunun tərkibi hər 3 aydan bir dəyişir və istər istəməz cəmiyyətdə olan problemlər və xəstəliklər eyni zamanda, orduda da özünü göstərir. Əgər Ermənistan cəmiyyətində bu gün koronavirus xəstəliyi sürətlə yayılırsa, əlbəttə ki, bunun Ermənistan ordusuna da ciddi təsirləri olacaq”.

www.yenicag.az

278