Döyüş mövqeyindən daimi dislokasiya yerinə qayıdan hərbçi ilə əlaqə kəsilib.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib. Güclü qar və dumana baxmayaraq axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”, – deyə nazirlikdən bildirilib.