Ermənistan ordusunun 28 yaşlı hərbçisi Narek Çaqaryan Qeqarkunik vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Yenicag.az xəbər verir ki, qəza mayın 29-da gecə saatlarında qeydə alınıb.
Narek Çaqaryan avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə qəza baş verib. Avtomobil yola tökülən torpaq təpəciklərinə çarpılaraq, aşıb. Hərbçi hadisə yerində ölüb.
N.Çaqaryanın meyiti Ermənistaan Müdafiə Nazirliyinin hərbi polisinə təhvil verilib. O, yeli hərbi hissələrdən birində müqavilə əsasında hərbi xidmət edirmiş.
Qeqarkunik Vilayəti İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işinə başlayıb./Report/