Ermənistan ordusunun hərbi hissəsində partlayış: Ölən və yaralananlar var

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan hərbi hissələrinin birində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, saat 12:10 radələrində hərbi hissədə tank əleyhinə qumbara partlayıb. Hadisə nəticəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi 1997-ci il təvəllüdlü Qrant Manqasaryan ölüb. Daha 2 hərbçi Qevork Xusnunt və Sergey Alumyan yaralanıb.

Hadisənin digər təfərrüatları açıqlanmır.