!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni zabit casus çıxdı - Bu sirləri satıb

!Reklam – Yazi

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistan ordusunun kapitanını xəyanət ittihamı ilə həbs edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, zabit başqa hərbi hissəyə köçürüldükdən sonra Ermənistanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə qarşı istifadə oluna biləcək məxfi məlumatları ödənişlə toplayaraq ötürməyi öhdəsinə götürüb. 2021-ci ilin aprelindən may ayına qədər müxtəlif telefon proqramlarından istifadə edərək məlumatlar ötürüb.

Adı açıqlanmayan Ermənistan Silahlı Qüvvələrinin kapitanı 2021-ci ilin əvvəlindən silah-sursat, döyüş mövqeləri, texnika, o cümlədən bu yaxınlarda Ermənistanın əldə etdiyi Hindistan texnikasının fotoşəkilləri barədə məxfi məlumatları pul müqabilində xarici kəşfiyyat xidmətlərinə ötürürmüş.

Qısa zamanda kapitan saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv