Ermənistan parlamentində yanğın

Ermənistan parlamentində yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə aprelin 4-də gecə saatlarında baş verib. Parlamentin birinci korpusunda baş verən yanğın nəticəsində kabinetlərdən biri tamamilə külə dönüb.