Ermənistan polisi hökumət binasını mühasirəyə aldı

Ermənistanın paytaxtında polis hökumət evinin binasını mühasirəyə alıb.

Yenicag.az “news.am”a istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb yerli vaxtla saat 10:30-da, Nazirlər Kabinetinin iclası başlayan ərəfədə keşiş Baqrat Qalstanyan və tərəfdarlarının ərazidə etiraz aksiyası keçirəcəyi barədə daxil olan informasiyadır.

Məlumata əsasən, polis əməkdaşlarına aksiyanın qarşısının alınması ilə bağlı qəti göstəriş verilib.