Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 2024-cü il oktyabrın 29-dan 31-dək Kolumbiyada işgüzar səfərdə olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Səfər çərçivəsində o, Birləşmiş Millətlər Təşkilatının Bioloji Müxtəliflik Konvensiyasının (COP16) Tərəflərinin 16-cı Konfransında iştirak edəcək.
Konfrans zamanı prezident çıxış edəcək, Kolumbiya prezidenti və tərəfdaş ölkələrin yüksək səviyyəli nümayəndələri ilə görüşəcək.