Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Armen Sarkisyan Xankəndi şəhərində Qarabağ separatçılarının lideri Bako Saakyanla görüş keçirib.
A.Sarkisyanın Qarabağa gəliş səbəbi barədə məlumat verilməyib.