!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan protokolları ləğv edir - Sarkisyandan növbəti sayıqlama

!Reklam – Yazi

Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyə və Ermənistan arasında imzalanan sənədlərin ləğv ediləcəyini bildirib.

Yenicag.az xəbər verir ki, ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı sənədlər parlamentlər tərəfindən təsdiqlənməyib. Ermənistan 2015-ci ildə Türkiyəni heç bir addım atmamaqda günahlandıraraq, məsələni parlamentin gündəliyindən çıxartmışdı. Hazırda ölkələrimiz arasındakı münasibətlərdə heç bir normallaşma əlaməti görünmədiyindən 2018-ci ilin yaz aylarında bu protokolları tamamilə ləğv edəcəyimizi bildiririk.”

BMT Baş Assambleyasında çıxış edən Sarkisyan bu dəfə də qardaş ölkə Türkiyəyə əsassız iradlar yönləndirib:

“Türkiyə hökuməti illər əvvəl aramızda imzalanan normallaşdırma protokollarını əbədiyyətə qədər əlində girov olaraq saxlaya biləcəyini düşünürsə, yanılır. Ölkələrimiz arasındakı münasibətlərdə hər hansı bir normallaşma əlaməti görmədiyimizdən 2018-ci ilin yaz aylarında bu protokolları tamamilə ləğv edəcəyimizi bildiririk.”

Xatırladaq ki, 2009-cu ildə İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan hökumətləri arasında protokollar imzalanmış, diplomatik əlaqələrin qurulması və 1915-ci il hadisələrinin araşdırılması üçün komitənin yaradılacağı qeyd olunmuşdu.

www.yenicag.az

3002
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv