Ermənistan qarışdı, Rusiya xəbərdarlıq etdi

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda olan vətəndaşlarına xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin müvafiq bəyanatı “Twitter”də dərc olunub. Rusiya XİN bu günlərdə Ermənistanda olan vətəndaşlarını daha diqqətli olmağa çağırıb: “İnsanların kütləvi toplaşdığı yerlərdən kənar olmaq tövsiyə edilir”.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına qarşı çıxan etirazçılarla polis arasında qarşıdurma baş verib. İnsident nəticəsində təxminən 50 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Ermənistan Səhiyyə Nazirliyinin bu barədə məlumatında bunlar qeyd olunub: “Tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

Artıq Ermənistan Baş Prokurorluğu son günlər paytaxtdakı kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları ilə bağlı cinayət işi açıb. Ermənistan parlamentinin deputatı Nikol Paşinyan tərəfindən təşkil edilən mitinqlər və görüşlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini dəfələrlə pozub, vətəndaşların hərəkəti və ictimai təşkilatların normal fəaliyyəti üçün maneələr törədib. Məlumatda qeyd olunur ki, aksiya iştirakçıları ictimai və xüsusi mülkiyyətə ziyan vuraraq polis əməkdaşlarına zor tətbiq edib.

Faktla bağlı cinayət işi açılaraq Ermənistan Xüsusi İstintaq Xidmətinin icraatına verilib.

COP29