Ermənistan “QAYNAYIR”: Qırmızı beretlilərlə ermənilər arasında TOQQUŞMA – VİDEO

Ermənistanda qırmızı beretlilərlə vətəndaşlar arasında əlbəyaxa dava düşüb.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Alaverdi şəhər meriyasının yaxınlığında etiraz aksiyası keçirən ermənilərlə qırmızı beretlilər arasında toqquşma baş verib.

Etirazçıları zor gücünə dağıtmağa çalışan xüsusi təyinatlılar bir neçə nəfəri saxlayıblar.

Qeyd edək ki, dekabrın 5-də Alaverdidə Ağsaqqallar Şurasının növbədənkənar iclası çağırılıb. İclasda Arkadi Tamazyana etimadsızlıq göstərilib, bundan sonra David Qumayan mer seçilib.

Buna görə səhər saatlarında Alaverdi meriyasının binasına böyük polis qüvvələri cəlb edilib. İclasdan sonra ermənilər bələdiyyə binasında etiraz aksiyası keçiriblər. Ağsaqqallar Şurasındakı hakim partiyanın üzvlərini binadan çıxmağa qoymurlar.

 

Xuraman Etibarlı