Ermənistan qondarma “soyqırımı” iddialarından geri çəkilir?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2025-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı 1915-ci il hadisələri ilə bağlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, o, qondarma “soyqırımı”nın “beynəlxalq tanınma”sı Ermənistan Xarici İşlər Nazirliyinin birinci vəzifəsi olmadığını deyib. “Tarixin faciəli hadisələrinin araşdırılması xarici siyasətin gündəliyində və ya nazirliyin prioritetləri sırasında deyil”, – deyə o bildirib.

Mirzoyan Ermənistanın qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmaq arzusunda olduğunu və bu il Azərbaycanla imzalanacaq sülh sazişi danışıqlarında ciddi irəliləyişin əldə edildiyini xatırladıb.

Azərbaycanla sərhədlərin müəyyən edilməsi məsələsinə toxunan Mirzoyan bu kontekstdə iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsinə cavabdeh olan komissiyaların birgə iş reqlamentinin qarşılıqlı olaraq imzalandığını və başlanmış sərhədin müəyyənləşdirilməsi işlərinin 2025-ci ildə davam etdiriləcəyini bildirib.

Nəsimi Ələsgərli

COP29