“Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”

“Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniçağ.az-a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşada estoniyalı həmkarı Sven Mikserlə görüşü zamanı deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov bildirib ki, Avropa İttifaqı tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir.

Yeniçağ.az