!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan revanşizm əhval-ruhiyyəsində: “Şeytanla belə əməkdaşlıq etməyə hazırdırlar”

!Reklam – Yazi

“Ermənistan revanşizmə əsas verə bilən müddəaları qanunvericilikdə saxlamaqla gələcəkdə bundan istifadə etməyə çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın həm sülhdən danışması, həm də təxribatlara əl atması ilə yaranan ziddiyətli mövqeyinin nədən xəbər verdiyi ilə bağlı fikirlərini səsləndirən politoloq Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, belə istiqamət tutmaq Ermənistanın sülh müqaviləsini imzalamaq istəmədiyini və müxtəlif bəhanələrlə yayındığını göstərir.

Politoloq bildirib ki, İrəvan hələ də revanşizmdən əl çəkə bilməyib.

“Düzdür, dildə Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması, regionda sabitliyin qorunması, Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışırlar. Ancaq əməldə fərqli mövqe sərgiləyirlər.

Eyni zamanda, revanşizmə əsas verə bilən müddəaları qanunvericilikdə saxlamaqla gələcəkdə bundan istifadə etməyə çalışır. Belə ki, Azərbaycanın əsas tələblərindən biri də məhz bununla – Ermənistan Kostitusiyasında Azərabycana qarşı ərazi iddialarına dəyişikliklər bağlıdır. Daxili işlərə qarışmamaq şərtilə müqavilənin imzalanmasını istəsə də İrəvanın gələcəkdə nə edəcəyi bəlli deyil. Revanşizm əhval-ruhiyyəsində şeytanla belə əməkdaşlıq etməyə hazırdırlar. Ancaq sülh müqaviləsinin ilk növbədə Ermənistana xeyirli olacağını xüsusi vurğulamaq lazımdır”, – deyə politoloq yekunlaşdırıb.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv