!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Rusiyada Azərbaycana qarşı növbəti təxribata əl atdı - FOTO

!Reklam – Yazi

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb.

Yenicag.az xəbər verir ki, bu dəfə ermənilər öz stendlərində Azərbaycan milli musiqi alətlərini və məişət əşyalarını öz tarixi alətləri kimi “Beynəlxalq Ordu Oyunları – 2019” yarışının iştirakçılarına təqdim edirlər.

Belə ki, musiqi alətlərindən tar, saz, kamança və tütək tarixi erməni milli musiqi aləti kimi göstərilir. Bundan başqa məişət əşyalarından “Sənək” də erməniləşdirilib.

Bu fakt barədə təşkilatçılar məlumatlandırılsada hələdə müsbət nəticə əldə edilməyib.

Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.

Xatırladaq ki,  bundan əvvəl “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim etmişdi və Azərbaycan tərəfinin müdaxiləsindən sonra həmin xəritə stenddən yığışdırılmışdı./Report

www.yenicag.az

1687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv