Ermənistan səfiri Bakıya gəldi – FOTO

Bakıda ABŞ-nin Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Diplomatlarla yanaşı, görüşdə USAID təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer də iştirak edib.