Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının Dağlıq Qarabağ münaqişə zonasında 37 qulluqçusu ölüb.
Yenicag.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bundan başqa, 4 nəfər itkin düşüb, 243 nəfər isə yaralanıb.
Qeyd edək ki, sərhəd qoşunlarının komandanı Vaginak Sarkisyan ötən gün vəzifəsindən azad edilib.