Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən çıxarıldı

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb.

Yenicag.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı uyğun sərəncam imzalayıb.