Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA ələ keçirildi – FOTOLAR

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.