!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan siyasi və informativ manipulyasiya ilə məşğuldur” – Rusiyalı ekspert

!Reklam – Yazi

“Dağlıq Qarabağ xalqı tək ermənilərdən yox, həm də oradan qovulmuş azərbaycanlılardan ibarətdir”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Ermənistanda Avropa Parlamentinin guya “Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etmək hüququnu tanıyan qətnamə qəbul etməsinə” dair yayılmış iddialara münasibət bildirən Rusiyalı ekspert Andrey Yepifantsev deyib.

Ermənistan mediası Avropa Parlamentinin noyabrın 15-də keçirilmiş plenar iclasında Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etmək hüququnu tanıyan qətnamə qəbul etdiyi haqda xəbəri dövriyyəyə buraxıb. Bu məlumat düşmən ölkənin mediasında “Ermənistanın diplomatk qələbəsi”, Azərbaycanınsa “məğlubiyyət”i kimi dəyərləndirilib.

Ermənistanda yaranmış bu yersiz eyforiyanı və Avropa Parlamentində yuxarıda vurğulanan qətnamənin qəbul olunub-olunmamasını Yenicag.ru-ya şərh edən Rusiyalı ekspert Andrey Yepifantsev bu iddianı İrəvanın növbəti manipulyasiyası adlandırıb:

“Bəli, Ermənistanda belə gurultulu bəyanatlar səsləndirilir və Avropa Parlamentinin Dağlıq Qarabağda yaşayanların öz müqəddəratlarını təyin etmək hüququnun təsbit edildiyi müddəası “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququnu tanımaq” kimi qiymətləndirilib.

Ermənistanda bundan əvvəl də Avropa Parlamentinin qətnamələrini öz xeyirlərinə saxtalaşdırmaq cəhdləri olmuşdu. Həmin qətnamələrin bu cür təhrif olunmuş formada təqdim edilməsi Ermənistanın siyasi və informativ manipulyasiya ilə məşğul olduğunu göstərir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ xalqı tək ermənilərdən yox, həm də oradan qovulmuş azərbaycanlılardan ibarətdir”.

Yepifantsev əlavə edib ki, əslində, Avropa Parlamentinin son plenar iclasında qəbul etdiyi qətnamədəki müddəalar Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik beynəlxalq birliyin dəstəklədiyi 2009-cu ildə qəbul edilmiş Madrid prinsiplərinə uyğundur:

“O prinsiplər sırasına dövlətlərin ərazi bütövlüyünə hörmət, atəşin kəsilməsi, qaçqınların öz evlərinə dönmələri və Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumun keçirilməsi daxildir. 2009-cu ildən ötən müddətdə bu prinsiplər dəyişməz qaldığı üçün, Bakının, yaxud da İrəvanın diplomatik qələbəsindən danışmağa əsas yoxdur.

Ancaq görünür, diplomatiyada qələbə yoxdursa, onu informasiya müstəvisində əldə etmək “olar”. Ermənistan mediası da bu məqsədlə onlara sərf etməyən müddəaları “yoxa çıxararaq”, öz maraqlarına uyğun tezislər uydururlar”.

www.yenicag.az

2109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv