Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənistan terrorçuluğu, narkotranziti və qanunsuz silah alverini genişləndirir”

Reklam: High Technic

“Beynəlxalq səviyyədə tanınmış müstəqil bir dövlətin ərazilərini 30 ilə yaxındır ki, işğal altında saxlayan, hər cür bəhanələrlə danışıqlar prosesini uzatmağa və ya dayandırmağa çalışan Ermənistan bu addımı ilə döyüşləri yenidən aktivləşdirmək və regional təhlükəsizliyi pozmaqda maraqlı görünür. Prezident İlham Əliyev sentyabrın 19-da Azərbaycan televiziyalarına verdiyi müsahibəsində bu məsələyə də toxunaraq qeyd etdi ki, danışıqlar faktiki olaraq getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Prezident daha sonra vurğuladı ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın məkrli siyasətinə qoşulmaq istəmirik”.

Yenicag.az xəbər verir ki, bnu “MediaPost”a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. Politoloqun fikrincə, prezidentin çıxışından da belə nəticəyə gəlmək olur ki, Ermənistan hakimiyyəti hər cür vasitələrdən istifadə etməklə danışıqlar prosesini uzatmağa, mövcud status-kvonu stabil saxlamağa cəhd edir:

“Bu addımı ilə vaxt qazanaraq Cenevrə Konvensiyasına tamamilə zidd olaraq, müxtəlif yerlərdən gətirilmiş erməniləri Dağlıq Qarabağda qanunsuz məskunlaşdırmaqla demoqrafik vəziyyəti yaxşılaşdırmağa, o cümlədən, Azərbaycanın tarixi-mədəni abidələrini dağıtmağa və ya özününküləşdirməyə çalışır. Habelə, işğal edilmiş ərazilərin nəzarətdən kənar qalması fürsətindən istifadə etməklə terrorizmi, narkotranziti və qanunsuz silah alverini genişləndirir”.

R. Hüseynovun sözlərinə görə, digər tərəfdən Ermənistanın danışıqlar prosesini dayandırmaq niyyətini Azərbaycanı müharibəyə təhrik etmək cəhdi kimi qiymətləndirmək olar:

“Bu da təsadüfi deyil. Ermənistanın Azərbaycana qarşı son təxribatından sonra himayəsində olduğu Rusiya tərəfindən loyal münasibət görməsi, həmin dövlətin müxtəlif hakim elitası tərəfindən siyasi dəstək alması, əsasən də böyük həcmdə silahlarla təmin olunması onu arxayınlaşdırıb.

Təəssüflə qeyd etmək lazımdır ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olan və regionun təhlükəsizliyində maraqlı olan Rusiyanın illərdir ki, Ermənistana bu və ya digər formada dəstək verməsi faktiki olaraq onun Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə, separatizm, terror siyasətini həyata keçirməsinə geniş imkanlar açır. Bu da nəticə etibarilə, Ermənistanın hazırkı hakimiyyətinin Azərbaycana qarşı vaxtaşırı təxribat xarakterli hərbi açıqlamalarla çıxış etməsinə və ölkəmizi yeni işğallarla təhdid etməsinə rəvac verir”.

“Düşünürəm ki, Azərbaycanın Ermənistanın bu təxribatçı siyasətini düzgün dəyərləndirməklə adekvat addımlar atacağı istisna edilmir. Regionda sülhün qorunub saxlanılmasında maraqlı olan Azərbaycanın müstəqil dövlət olaraq hüquqlarından istifadə etməklə dövlət sərhədlərini, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etməsi qaçılmaz görünür. Buna ölkənin peşəkar ordusu, həmçinin vətənpərvərlik ruhunda olan vətəndaşların döyüş əzmi tam imkan verir” – deyə, politoloq bildirib.

www.yenicag.az

263