Ermənistan Tərtərin Ələsgərli kəndini raket atəşinə tutdu

Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub. 

Yenicag.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter”də bildirib.

O qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb: “Raket tezliklə ANAMA tərəfindən ləğv ediləcək. Raket xoşbəxtlikdən partlamayıb”.