!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan-Türkiyə MÜNASİBƏTLƏRİ: "Bu proses Bakı ilə razılaşıdırılıb" - POLİTOLOQ

!Reklam – Yazi

“Qarşılıqlı maraqların uzlaşdırılması ziddiyyətləri həll etməyə və inkişaf üçün yeni imkanlar açmağa şərait yaradır”.

Bunu Ermənistanla Türkiyə arasında normal qonşuluq münasibətlərinin qurulmasının beynəlxalq aləmə siyasi və iqtisadi cəhətdən mümkün təsirlərini dəyərləndirən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilk növbədə region üçün vacib sabitləşdirici amildir. Bu, həmçinin Azərbaycanın qalib gəldiyi 44 günlük Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqların Ermənistan tərəfindən qəbul edilməsi, Bakı ilə İrəvan arasında etimadın yaradılması istiqamətində əhəmiyyətli təşəbbüsdür:

“Şübhəsiz ki, bu proses Bakı ilə razılaşdırılıb. Ermənistanın nəqliyyat blokadasından qismən çıxması İrəvan üçün yeni iqtisadi imkanlar açır və bu addım İrəvan üçün sülh danışıqlarına daha da irəli gedilməsi baxımından motivasiya yaratmaq üçün yaxşı təşəbbüsdür. Daha bir vacib məqam odur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması beynəlxalq birlik üçün də müsbət siqnaldır. Qarşılıqlı maraqların uzlaşdırılması ziddiyyətləri həll etməyə və inkişaf üçün yeni imkanlar açmağa şərait yaradır. Hazırda beynəlxalq arenada münasibətlər kifayət qədər münaqişəlidir. ABŞ-Rusiya qarşıdurması daha da kəskinləşib, İranla-Qərb ölkələri arasında danışıqların yeddinci raundu hələ ki, nəticə vermir. Çinlə-ABŞ arasında gərginlik artmaqda davam edir. Belə şəraitdə Ermənistan-Türkiyə əlaqələrinin normallaşması uzlaşma və kompromis üçün səylərin gücləndirilməsinin vacibliyini bir daha diqqətə çatdırır”.

Gülşən Şərif

www.yenicag.az

874
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv