Ermənistan Türkiyəni “Hrant Dink”lə sıxışdırıb, möhürlü qapını açdırmaq istəyir

Biz isə avtobuslarla gedib, Türkiyədə özümüz özümüzə Xocalıdan danışırıq

 10675581_10152632871533005_6578843653615090369_nErmənilər Türkiyədə 2015-ci il “Yüz illik” yalan üçün hərəkətə keçiblər. Mediada Qarabağı Kobani ilə müqayisə edənlər həm də akademik çevrələr vasitəsi ilə Türkiyədə gündəmə gəlmək istəyirlər. Dünən başlayan və hazırda davam edən “Möhürlü qapı: Türkiyə-Ermənistan Sərhədinin gələcəyi” konfransı düşmənin aktiv çalışdığını göstərir. Aralarında Etyen Mahçupyanın da olduğu erməni təşkilatçılar tərəfindən hazırlanan konfrans Ankara Universitetində keçirilməkdədir.

Ankara Universiteti Cebeci Kampusunda keçirilən konfransa Ermənistanla yanaşı Fransa və ABŞ-dan da ermənipərəstlər qatılıblar.

Konfransın Bilim Qurulu aşağıdakılardan ibarətdir:

Asaf Savaş Akat (Bilgi Üniversitesi, Türkiye)
Aleksander Iskandaryan (Caucasus Institute, Ermenistan)
Zümrüt İmamoğlu (Bahçeşehir Üniversitesi, Türkiye)
Ahmet İnsel (Galatasaray Üniversitesi, Türkiye)
Raymond Kévorkian (Paris 8 University, Fransa)
Fuat Keyman (Sabancı Üniversitesi, Türkiye)
Gerard J. Libaridian (University of Michigan, emekli, ABD)
H. Neşe Özgen (Mimar Sinan Üniversitesi, Türkiye)
Volkan Vural (TÜSİAD, Türkiye)
Thomas de Waal (Carnegie Endowment for International Peace, ABD)

Təşkilat Komitəsi isə bunlardır:

Cengiz Aktar
Sibel Asna
Seçil Bahçe
Burcu Becermen
İbrahim Betil
Delal Dink
Benan Eres
Etyen Mahçupyan
Emel Memiş
Soli Özel
Onur Özsoy
Neşe Özgen
Akın Usufbeyli
Amberin Zaman.

 

Göründüyü kimi əksəriyyəti “erməni açılımçı”sı olanlardan ibarət konfrans 2015-ci il öncəsi Ermənistan-Türkiyə sərhəddini müzakirəyə çıxararaq, bu sərhədin açılmasının vacibliyii diqtə etmək üçün  keçirilir. Konfransın Hrant Dink Fondunun adı ilə keçirilməsi də Türkiyəyə mesajdır.

 

Məsələnin bir tərəfi budur ki, erməni açılımçıların bu addımları gözlənilən idi. Lakin buna hazır olması gərəkənlər, həm Türkiyədə, həm də Azərbaycanın Türkiyədəki nümayəndələri haradadırlar? Ankara Universitetində ən azından 400-500 azərbaycanlı tələbə təhsil alır. Nə üçün o tələbələrdən 50-60 nəfər gedib o konfransı baykot etmək və ya o konfransda söz alıb, Qarabağ həqiqətlərini demək haqqında düşünmədi? Nə üçün Ankaradakı səfirliyimizin qulağının dibində keçirilən erməni konfransı üçün tələbələrimiz təşkilatlanmadı? SOCAR-ın pulu ilə “happy day”lar keçirən İNDEX-in  (keçmiş adı AZEDER) başı hansı lisey uşağının probleminə qarışmışdı ki, Ankaradakı bu tədbirə imzasını atmadı. Çoxmu çətin idi o konfransın keçirildiyi salona şəhidlərimizin fotoları ilə getmək? Xocalıda olanları orada hayqırmaq beləmi çətin idi? Dava-dalaş demirik, sivil qaydada haqlı davamızı hər konfrans salonunda hayqırmaq bizim haqqımız deyilmi? Hara baxır Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil atteşesi, hörmətli Nəcibə xanım? Tələbələrlə işləmək, onları düzgün yola yönləndirmək sizin vəzifəniz deyilmi?

Ankara Universiteti belə bir mövzunu Azərbaycanın elm adamlarının iştirakı olmadan gündəmə çıxararaq, onsuz da böyük səhvə yol verib. Ancaq ən böyük səhvi bizlər buna susaraq edirik. Biz susduqca, Ermənistan Türkiyəni daha da sıxışdıracaq. Bizlər susmamalı, Xocalıda, Ağdərədə etdiklərini bir-bir anlatmalıyıq. Daha Bakıdan iki avtobus insan aparıb, onlara Ankarada, Çorumda konfrans verməməliyik. Özümüzü aldatmamalı, türk ictimaiyyətinə, mediasına və elm dünyasına xitab etməliyik. Konfranslarımız Bakıdan apardıqlarımızla deyil, oranın insanı ilə dolmalıdır. Bunu bacarırsanızsa edin, edə bilmirsinizsə, bacaranlara əngəl olmayın…

P.S. Bəlkə də bu saatdan sonra kimsə gedib, o konfransı dəlillərlə ermənilərin burnundan gətirər. Onu da yazmağa hazırıq.

P.P.S. Təşəkkürlər Murat İdeyə. Bu dəyərli Azərbaycan dostu olmasaydı, bizlərin də xəbərimiz olmayacaqdı… Ankaradakılar xəbərsiz olduqdan sonra biz Bakıdan necə xəbərdar ola bilərik?…