Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənistan üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir”

Reklam: Sinerji Pro

“Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq!”.

Yenicag.az xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir:

“Bəyanatın müddəalarının böyük bir hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır vəziyyətə düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalı və hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. 30 il ərzində bu məsələlərlə məşğul olan beynəlxalq qurumlar, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var. Azərbaycan müharibədə məğlub olmuş tərəfdir. Siz bu reallıqla barışın. Çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variantı seçəsiniz. Biz isə belə çağırışları rədd edirdik. Öz mövqeyimizdən bir addım belə geri durmurduq. Mən bunu açıq bəyan edirdim”.

“İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratmışıq. Bununla Ermənistan və başqa ölkələr barışmalı, hesablaşmalıdır. Ermənistanın indi bir neçə seçimi var. Onlar üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha böyük problemlər yarana bilər”, – deyə prezident qeyd edib.

Loading...

www.yenicag.az

161
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100