Ermənistan və İran arasında 2024-2027-ci illər üçün mədəni əməkdaşlıq haqqında saziş imzalanıb.
Yenicag.az xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan İrəvanda səfərdə olan İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Məhəmməd Mehdi İmanpurla görüşündə deyib.
“İrəvanla Tehranın qarşılıqlı fəaliyyətində mədəni əməkdaşlıq xüsusi yer tutur”, – Andreasyan bildirib.
Görüş zamanı Ermənistan və İran arasında təhsil və elm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra digər məsələlər də müzakirə olunub.