Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənistan və onun havadarları Azərbaycanın müharibəyə başlayacağına inanmasalar da...” – AKP millət vəkili

Reklam: Sinerji Pro

“Türkiyə savaşdan öncə və savaşın gedişində olduğu kimi, bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq”.

Bu fikirləri Azərbaycanın uzun müddət işğal altında olan ərazilərinin böyük hissəsinin azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsinin 1-ci ildönümündə bu tarixi zəfəri dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu uğuru regionda yeni şərait və bölgə ölkələri arasında əməkdaşlıq üçün zəmin yaradıb:

“Öncə bu böyük zəfəri bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə minnətdarlığımı bildirirəm. Azərbaycan uzun müddət çox səy göstərdi ki, bu məsələ dinc yolla həll edilsin. Lakin işğalçı Ermənistan nəinki sülhün yaranmasına çalışdı, əksinə, Azərbaycanın yeni ərazilərinin işğalına da cəhd göstərdi.

Artıq dinc vasitələrin öz aktuallığını itirdiyini qəbul edən Azərbaycan Vətən müharibəsinə başlayaraq, uzun müddət erməni işğalı altında qalan torpaqlarını öz hərbi gücü ilə azad etdi. Ermənistan və onun havadarları çox əmin idilər ki, Azərbaycan heç vaxt müharibə yolu ilə torpaqlarını azad etməz. Lakin Azərbaycan əldə etdiyi qələbə ilə bütün dünyaya göstərdi ki, bu qədər gözləməkdə tək məqsəd problemin sülh yolu ilə həllinə nail olmaq idi.

Bildiyiniz kimi, bu savaş zamanı Azərbaycanla Türkiyə tək millət, tək dövlət prinsipindən çıxış etdilər. Türkiyə Azərbaycana hərtərəfli dəstək verməklə, bu qardaşlığın sözdə yox, əməldə olduğunu isbatladı. Türkiyə savaşdan öncə və savaşın gedişində olduğu kimi, bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq. O cümlədən, haqqı nahaqqa verməyən bir çox başqa ölkələr də Azərbaycana mənəvi-syasi dəstəklərini ifadə etdilər.

Bu savaşın əsas özəlliklərindən biri də bu oldu ki, Azərbaycan hərbi əməliyyatların gedişində humanizm prinsiplərindən kənara çıxmadı. Lakin savaş meydanında məğlub olan Ermənistan Azərbaycanın Gəncə, Bərdə, Tərtər və başqa şəhərlərini davamlı raket atəşinə tutdu, dinc əhalini hədəfə alaraq, müharibə cinayətlərinə imza atdı.

Çox sevindirici haldır ki, Azərbaycan qazandığı qələbədən sonra Qarabağda bərpa işlərini çox sürətlə həyata keçirir. Bu çərçivədə yeni yollar çəkilir, infrastruktur bərpa olunur, hava limanları istifadəyə verilir, yaşayış üçün şərait yaradılır. İnşallah, bütün bu işlər nəzərdə tutulan müddətdə tam başa çatdırılar.

Azərbaycanın qələbəsi regionda yeni şərait və bölgə ölkələri arasında əməkdaşlıq üçün zəmin yaradıb. Qeyd olunmalıdır ki, Azərbaycandakı erməni toplumu burada yaşamağa davam etmək istəyirsə, ölkənin qanunlarına tabe olmalıdır. O cümlədən, Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq istəyirsə, yeni reallığı qəbul etməli, qarşıdurma deyil, əməkdaşlıq mövqeyi tutmalıdır.

Sözümün sonunda böyük zəfər münasibətilə hər kəsi bir daha təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

A.Zeynalov

www.yenicag.az

317
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100