Ermənistan və Türkiyə bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edə bildilər.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə Daimi Komitələrin birgə iclasında bildirib.
Onun sözlərinə görə, İrəvan razılaşmaların həyata keçiriləcəyinə ümid edir: “Bizim Türkiyə ilə münasibətlərin tənzimlənməsi ilə bağlı bir sıra məsələlərdə geniş qarşılıqlı anlaşmamız var. Müqavilələrin yerlərdə necə həyata keçirildiyini görməyin vaxtıdır”. /unikal