Ermənistan XİN Almaniyada “qanuni oğrular”a himayədarlıq edir?

Almaniyanın “Der Spiegel” qəzeti və MDR telekanalının apardığı araşdırma göstərib ki, ölkədə “qanuni oğrular”ın başçılıq etdiyi erməni mafiyası Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunur və bu məlumat yerli erməni diasporunun nüfuzuna xələl gətirib, eləcə də iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.

“Prestupnaya Rossiya” onlayn qəzetinin əldə etdiyi məlumatlara əsasən, mütəşəkkil erməni mafioz şəbəkəsi Almaniyanın bir sıra iri şəhərlərini əhatə edib və kredi fırıldaqlarından narkotik alverinədək bir çox qeyri-leqal sahələrdə fəaliyyət göstərib.

Polis istintaqı zamanı ümumilikdə 42 nəfərin yer aldığı 14 cinayət işi açılıb. Alman jurnalistlər həmin şəxsləri “Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının yüksək səviyyəli nümayəndələri” kimi qələmə verib.

Qeyd olunub ki, bu ilin iyul ayından əksəriyyəti etnik erməni olan 129 nəfər saxlanılıb.

Bundan başqa, 2017-ci ildə Çexiyada “oğru görüşləri” zamanı saxlanan “nüfuzlu iş adamı” Ruben Tatulyan Ermənistan diplomatik pasportunu göstərərək həbsdən qaça bilib.

Araşdırmalar zamanı, Ermənistan XİN R.Tatulyana “ölkənin iqtisadi inkişafına yönəlmiş fəaliyyətinə görə” diplomatik pasport verdiyini etiraf edib./Trend/

COP29