Ermənistan XİN: “Türkiyə koronavirusla əlaqədar bizə heç bir yardım etməyib”

“Ermənistan koronavirusla mübarizə çərçivəsində Türkiyədən ardım istəməyib və Türkiyə bizə yardım etməyib.”

Yenicag.az xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan açıqlama yayıb.

Nağdalyan, sadəcə 73 Ermənistan vətəndaşının Türkiyədən gətirildiyini bildirib.

“Ermənistan koronavirusla əlaqədar vətəndaşlarımızı geri qaytarmaq üçün səy göstərir. Bu mənada, Türkiyədə olan və qayıtmaq arzusunu bildirən 73 vətəndaşımız cümə günü artıq Ermənistana gətirilib. Bu məsələ ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi dairələri Türkiyə və Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlıq etdi. Türkiyə tərəfi ilə əməkdaşlıq yalnız bu çərçivə ilə məhdudlaşdı və Ermənistana bu çərçivədən kənar heç bir dəstək verilməyib”./Avropa.info/